Azərbaycanın taleyini dəyişmiş böyük dövlət xadimi
12 Dekabr 2025, 11:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
986
19.02.2025, 09:20
“Türkiyə Rusiya - Ukrayna və ABŞ-ın iştirakı ilə keçiriləcək potensial danışıqlar üçün ideal ölkədir”.
OXU24.COM xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı ukraynalı həmkarı Volodimir Zelenski ilə Ankarada keçirdiyi görüşün nəticələrinə dair mətbuat konfransında bildirib.
Prezident çıxışını illərdir davam edən müharibədə həyatlarını itirmiş həmvətənləri ilə bağlı Ukrayna xalqına başsağlığı verməklə başlayıb.
“Rusiya - Ukrayna müharibəsi kütləvi dağıntılara səbəb olub. Hərbi əməliyyatlara son qoyulmalıdır. Ankara qan tökülməsinin qarşısını almaq üçün bundan sonra da əlindən gələni etməyə hazırdır”, - deyə dövlət başçısı qeyd edib. O, Türkiyənin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.
Türkiyə lideri əminliklə bildirib ki, müharibənin davam etməsindən qalib tərəf olmayacağı kimi, sülh sazişinin bağlanmasında da məğlub tərəf olmayacaq.
“Münaqişənin ilk günlərindən Türkiyə etibarlı vasitəçi olmağa çalışıb. Bizim sülh gündəliyimiz açıq və səmimi olub və olacaq. Buna görə də biz konkret nəticələr əldə etməyə çalışmışıq”, - deyə Ərdoğan bildirib.
O, Ankaranın təşəbbüsü ilə 2022-ci ilin martında Kiyevlə Moskva arasında baş tutmuş birbaşa danışıqları və Qara dəniz taxıl təşəbbüsünü xatırladıb.
Həmçinin oxuyun
Dövlət başçısı ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı təşəbbüslərini şərh edib. “Ağ ev rəhbərinin diplomatik kursu son illərdə Ankaranın nümayiş etdirdiyi sülh mövqeyi ilə üst-üstə düşür. Danışıqlar prosesinin tezliklə və uzunmüddətli sülhlə başa çatması üçün bütün zəruri addımları atmağa hazırıq. Bütün dünya Ukraynada sülhün bərqərar olmasını gözləyir”, – deyə Türkiyə lideri bildirib. Ərdoğan çıxışında həmçinin Ukraynanın Suriyaya taxıl göndərməsinə görə Zelenskiyə təşəkkürünü bildirib.
Öz növbəsində Ukrayna Prezidenti Volodimir Zelenski münaqişənin güc yolu ilə həlli variantını istisna edib. “Silahlı əməliyyatlar Moskvanı istədiyi nəticəyə çatdırmadı. Ədalətli nizamlanmaya hədəflənmiş diplomatik proses zəruridir”, – deyə o bildirib və uzunmüddətli sülh yolunda heç bir səhvə yol verməməyə çağırış edib.
Moskva və Vaşinqton arasında Ukrayna ilə bağlı aparılan dialoqa toxunan Zelenski qeyd edib ki, Kiyev bu danışıqlara dəvət olunmayıb. “Bu, bir çoxları kimi bizim üçün də sürpriz oldu. Görüş haqqında məlumatı mediadan öyrəndik”, – deyə o söyləyib.
Dövlət başçısının sözlərinə görə, Ukraynada müharibənin dayandırılması üzrə danışıqlarda ABŞ-la yanaşı, bütün maraqlı ölkələr də iştirak etməlidir.
“Əgər danışıqlar masasında Ukrayna, ABŞ və Avropa olarsa, bizə verilən zəmanətlər bütün ölkələrin iştirakı ilə təmin ediləcək. Biz Kiyevin arxasında qəbul edilən qərarlara qarşıyıq”, – deyə Zelenski vurğulayıb.
Xatırladaq ki, çərşənbə axşamı Ankarada Prezident kompleksində həm məhdud, həm də geniş tərkibdə Türkiyə - Ukrayna danışıqları keçirilib. İki ölkə liderinin iştirakı ilə media və təhsil sahələri də daxil olmaqla, bir sıra sazişlər imzalanıb.
12:18 / 14 Dekabr 2025
23
12:06 / 14 Dekabr 2025
107
11:38 / 14 Dekabr 2025
36
11:30 / 14 Dekabr 2025
379
11:22 / 14 Dekabr 2025
27
10:43 / 14 Dekabr 2025
667
10:33 / 14 Dekabr 2025
72
10:20 / 14 Dekabr 2025
63
09:40 / 14 Dekabr 2025
68
09:15 / 14 Dekabr 2025
198
08:58 / 14 Dekabr 2025
133
08:46 / 14 Dekabr 2025
180
08:43 / 14 Dekabr 2025
68
01:21 / 14 Dekabr 2025
1416
00:52 / 14 Dekabr 2025
1108
00:43 / 14 Dekabr 2025
174
00:04 / 14 Dekabr 2025
1608
23:47 / 13 Dekabr 2025
1870
23:44 / 13 Dekabr 2025
112
23:30 / 13 Dekabr 2025
122
22:45 / 13 Dekabr 2025
758
22:30 / 13 Dekabr 2025
185
22:28 / 13 Dekabr 2025
219
22:22 / 13 Dekabr 2025
284
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.